Şrift:
Təbrizdə ayağa qalxan yüzminlərlə insana Urmudan dəstək
17.11.2019 [13:03] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizdə ayağa qaxan insanların benzinin və digər məhsulların bahalaşmasına , kasıblıq və işsizliyə görə etiraz aksiyasına start vermələrindən sonra Urmiya əhalisi də ayağa qalxaraq, türk şüarları səsləndirməklə, təbrizlilərə dəstək verib. Təbrizə dəstək verən urmulular "Urmu oyaqdır, Təbrizə dayaqdır" şüarı səsləndiriblər.
Təbrizdə ayağa qalxan insanlar isə "Təbriz yatmayıb, qeyrətini atmayıb" şüarı ilə şovinist mollakratiya rejiminin talançı siyasətlərinə qarşı etiraz ediblər. Bu günki etiraz aksiyalarında Güney Azərbaycanın bütün bölgələrində milli şüarlar səsləndirməklə, onlara qarşı yol verilən irqi ayrı- seçkiliyə etiraz edib, öz təməl hüquqlarının bərpa olunmasını tələb ediblər.
Güney Azərbaycanın bütün bölgələrində öz milli və mədəni hüquqlarını müdafiə etmək üçün gözəl imkandır. Bir çox şəhərlərdə qarşıdurmalar yaşandığından rejimin polis və təhlükəsizlik qüvvələri sadə xalqa atəş açır. Buna görə də Güney Azərbaycanın bütün bölgələrində öz etirazlarını sivil formada təşkil etməyə çalışırlar. Polisin etirazçılara hücum etməsinin qarşısını almaq üçün cavanlar metal zibil qabları kimi yanmayan vasitələrdən istifadə etməklə yolları bağlaya və bununla da etirazçıları qoruya bilərlər.
Bu videolar Urmuda çəkilibdir:
https://www.youtube.com/watch?v=yVNFrIqJom0&feature=emb_title
https://www.youtube.com/watch?v=GTevLE_wAPE&feature=emb_title

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed