Şrift:
Cüdoçularımız Avropa kubokunda 4 medal qazanıblar
18.11.2019 [11:33] - İdman
Macarıstanda noyabrın 16-da yeniyetmələr arasında start götürən cüdo üzrə Avropa kuboku turniri başa çatıb. Qitə turnirinin ikinci günündə təmsilçilərimiz daha bir medal qazanıblar. Ölkəmizi yarışda 81 kiloqram çəki dərəcəsində təmsil edən Əlirza Şıxəlizadə finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə Fransa təmsilçisi Aleksandre Tamaya məğlub olaraq gümüş medalla kifayətlənib.
Bununla da medalların sayı dördə çatıb. Yarışların birinci günü Nurlan Kərimli qızıl, Hüseyn Allahyarov (hər ikisi 50 kiloqram) və Aydın Rzayev (60 kiloqram) bürünc medal əldə ediblər. Azərbaycanın 7 idmançısının qatıldığı Avropa kuboku yarışlarında 31 ölkədən 500-dən çox cüdoçu mübarizə aparıb.


DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed