Şrift:
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfəyə yaxın artıb
18.11.2019 [12:02] - İqtisadiyyat
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3 641 507,13 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 851 816,67 min dollar və ya 30,5% artıb. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk on ayında Azərbaycandan Türkiyəyə ixracın həcmi 2 314 678,60 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 834 645,08 min dollar və ya 56,4% çoxdur. İdxalın həcmi isə 1 326 828,53 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17 171,59 min dollar və ya 1,3% artıb. Nəticədə, hesabat dövründə 987 850,07 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 817 473,5 min dollar və ya 5,8 dəfə çoxdur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed