Şrift:
Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
18.11.2019 [12:18] - Sosial
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-dən verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər dekabrın 16-sı saat 18.00-dək Mərkəzin saytında qeydiyyatdan keçməlidirlər. Namizədlər imtahana yazılmaq üçün“Şəxsi kabinet” yaratdıqdan sonra bank kartı və ya ödəmə terminalları vasitəsilə imtahanda iştirak haqqını (82 AZN) hesablarına əlavə edib qeydiyyatdan keçməlidirlər. İmtahanın keçiriləcəyi yer və başlama saatı haqqında məlumat qeydiyyat prosesi başa çatdıqdan sonra veriləcək

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed