Şrift:
On ayda əsas kapitala 11,4 milyard manat yönəldilib
18.11.2019 [13:13] - Xəbərlər
Yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 407,4 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, sərf edilmiş vəsaitin 66,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 65,5 faizi məhsul istehsalı sahələrinə, 25 faizi xidmət sahələrinə, 9,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,1 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, digər vəsaitlər isə 0,3 faiz olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed