Şrift:
Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar
18.11.2019 [13:34] - Siyasət
Paytaxt Tiflisdə parlament binasına girişi bloklayan etirazçılar millət vəkillərinin binaya daxil olmasına icazə verməyiblər. Hakim “Gürcü arzusu” pariyasından olan millət vəkilləri Revaz Arveladze və Merab Kvaraia parlament binasına daxil olmaq istəsələr də, etirazçıların təzyiqi və hədələri səbəbindən ərazidən uzaqlaşmalı olublar. R.Arveladze bu gün parlamentə gələn ilk millət vəkili olub. Nümayişçilər tələbləri qəbul edilənədək ərazidən ayrılmayacaqlarını açıqlayıblar.
Qeyd edək ki, Tiflisdə artıq 5-ci gundur davam edən etiraz aksiyalarında müvəqqəti hökümətin qurulması, proporsional qaydada parlament seçkilərinin keçirilməsi və hazırki Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi tələb edilir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed