Şrift:
Güney Azərbaycandakı aksiyalarda yüzlərlə etirazçı tutqlanıb
18.11.2019 [14:11] - Güney Azərbaycan xəbərləri
Xəbər verdiyimiz kimi, İranda benzinin üçqat bahalaşmasına etiraz olaraq cümə günü başlayan etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin zorakılığı ilə müşaiyət olunur. Güney Azərbaycanın Urmu, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan, Qoşaçay, Mərənd, Xoy və Salmas şəhərlərində də geniş etiraz aksiyaları keçirilib. Şənbə günü keçirilən aksiyalar gecə saatlarına qədər davam edib, bəzi şəhərlərdə polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Etirazlar zamanı onlarla soydaşımızın saxlandığı bildirilir. Lakin hökumət tərəfindən internet kəsildiyinə və aksiyaların geniş vüsət aldığına görə saxlanılan etirazçıların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Onlardan hələlik 4-nün adı dəqiq olaraq müəyyən edilib: Qaffar Rzaiyan (Zəncan), Fəraz Novruzi (Təbriz), Tövhid Xadimi (Qoşaçay) və Əhməd Abedi (Qoşaçay).
İran hökuməti benzinin bahalaşması ilə bağlı verdiyi qərarı ləğv etmək niyyətində olmadığı üçün etirazların davam edəcəyi gözlənilir. Qeyd edək ki, molla rejiminin dini lideri Əli Xamneyi noyabrın 17-də baş verən hadisələrə reaksiya verərək benzinin qiyməti ilə bağlı verilən qərara dəstək verdiyini bildirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed