Şrift:
Güney Azərbaycanlı fəal Məhəmməd İskəndərzadədən yeni xəbər
08.09.2012 [15:33] - Güney Azərbaycan xəbərləri
Məhəmməd İskəndərzadə Təbriz zindanının yeni bölümünə köçürülüb.O, sentyabrın 6-ı Təbriz zindanının metadon bölümündən karqahi bölümünə köçürülüb.



İskəndərzadə 2012-ci il mayın 20-də işdən qayıdarkən Təbriz bazarı yaxınlığında tutuqlanıb və 70 gündən çox ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldıqdan sonra Təbriz zindanının metadon bölümünə intiqal edilmişdir. O, artıq karqahi bölümünə köçürülüb.



Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 4 aya yaxındır ki qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed