Şrift:
Təbriz Universitetinin Öyrənciləri ayağa qalxdı
18.11.2019 [14:44] - Güney Azərbaycan xəbərləri
Noyabr ayının 17-də Güney Azərbaycanın başkəndi Təbrizdə Universitet öyrəncləri etirazlara qoşulublar. Azərbaycanlı öyrəncilər Təbriz Universitetinin əsas binasından məscidinə qədər yolu əllərində “bahalığa yox” və “öyrənci oyaqdır” məzmunlu lövhələr qaldırıblar. Onlar iqtisadi problemlər, xüsusilə işsizlik və iqtisadi korrupsiyaya etiraz olaraq şüarlar səsləndiriblər.
Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanda interneti tamamilə kəsərək xalqın kütləvi üsyanı və etirazlarının video və xəbərlərinin əlimizə çatmasına mane olur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed