Şrift:
Sarabda zəlzələ sonucunda durum ağır olara qalır
18.11.2019 [14:49] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda baş verən zəlzələ bölgəsində olduqca ağır vəziyyət hökm sürür, aradan təxminən 10 gün keçməsinə baxmayaraq təbii fəlakətdən zərərçəkənlərin problemləri heç bir şəkildə həll olunmur. Miyana və Sarab məntəqəsində baş verən zəlzələnin bölgəyə vurduğu ziyan bir çox kənddə hesablanmayıb, hətta bəzi kəndlərdə zəlzələnin baş verdiyi barədə mediada xəbər belə yayılmayıb. Bozquş dağı ətəyində yerləşən bir çox kənddə vəziyyətin dözülməz həddə olduğu bildirilir. Mal-qaralarının tələf olduğundan narahat olan kənd əhalisi qalan mal-qaralarının soyuqdan tələf olacağından nigarandır. Məlumata görə, bölgədə mal-qaranı soyuqdan qorumaq üçün heç bir şərait yoxdur. Zəlzələdən sonra soyuq hava şəraitində çadırlarda gecələyən insanlar hökumətə etiraz bildirir. Onlar dövət məmurlarının bölgəyə gəlib şəkil çəkdirib və yalan vədlər verməkdən başqa heçnə etmədiklərini bildirir. Azərbaycan şəhərlərindən göndərilən bütün yardımlara baxmayaraq bölgədə hələ də tibbi ləvazimat, ərzaq məhsulları və qızınmaq vasitələrinə ehtiyac var.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed