Şrift:
Fransa bir daha qarışdı - "Sarı jiletlilər" yenidən küçələrdə
18.11.2019 [23:06] - Xəbərlər
Fransada “Sarı jiletlilər” aksiyanın ildönümündə növbəti dəfə Paris küçələrinə çıxıb.
Etirazçılar küçədəki avtomobilləri və təkərləri yandırıb. Fransa polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Şəhərdə günorta saatlarına qədər davam edən etirazlar nəticəsində 41 nəfərin saxlanıldığı bildirilib.
Qeyd edək ki, “Sarı jiletlilər” ötən ilin 17 noyabrında Parisdə küçələrə çıxaraq, benzinin qiymətinin bahalaşmasına, ölkədəki vergi islahatlarına etiraz etmiş, Prezident Emmanuel Makronu istefaya səsləmişdi. “Sarı jiletlilər” aksiyası daha sonra bütün Fransa ərazisinə yayılmışdı.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed