Şrift:
AVRO-2020: Ermənistan millisi darmadağın oldu
19.11.2019 [11:16] - İdman
AVRO-2020-nin seçmə mərhələsində daha üç qrupda mübarizəyə yekun vurulub.
Apasport.az-ın məlumatına görə, D, F və J qruplarında X turun oyunları keçirilib.
D qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi son turda bəlli olub. Autsayder Cəbəllütariqə böyük hesabla qalıb gələn İsveçrə 1-ci yerlə AVRO-2020-yə yüksəlib. İrlandiya ilə səfər matçında 1 xal qazanan Danimarka 1-ci yeri əldən versə də, final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Digər qrupların matçları formal xarakter daşıyıb. F qrupunun qalibi İspaniya Rumıniyanı darmadağın edib. İsveç isə Farer adalarını böyük hesabla məğlubiyyətə uğradıb. Norveç isə maltalıları üstələyərək 3-cü sıraya qalxıb.
Ardıcıl 10-cu qələbə ilə seçmə mərhələdə 100 faizlik nəticəyə imza atan İtaliya son turda Ermənistanı darmadağın edib. On qolun vurulduğu matçda meydan sahibləri 9:1 hesabına seviniblər. Finlandiya isə Yunanıstan səfərində məğlubiyyət acısı yaşayıb. Bosniya və Herseqovina Lixtenşteynə böyük hesabla qalib gəlib.
Qeyd edək ki, Danimarka və İsveçrəyə qədər oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə 17 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya, İsveç, Almaniya, Niderland, Xorvatiya, Avstriya və Portuqaliya vəsiqə qazanıb.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed