Şrift:
Olimpiya Oyunlarının marafon və idman yerişi yarışlarının marşrutu müəyyənləşib
19.11.2019 [11:20] - İdman
2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının atletika yarışlarının proqramında olan marafon və idman yerişinin marşrutu dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) xüsusi komissiyasının qərarı ilə Yaponiyanın paytaxtı Tokiodan Sapporo şəhərinə keçirilən bu iki yarışın dəqiq yeri ilə bağlı suallara aydınlıq gəlib. Bu növlər üzrə yarışlar Odori şəhər parkında başlayacaq və eyni məkanda da başa çatacaq. Oyunların təşkilat komitəsi şəhər rəhbərliyi ilə birlikdə marşrutu tam müəyyənləşdirib. Bu, BOK-un İcraiyyə Komitəsinin dekabrdakı iclasında təsdiqlənməlidir. Qeyd edək ki, marafon və idman yerişinin Tokiodan Sapporoya keçirilməsi Olimpiya Oyunları vaxtı paytaxtda istilərin gözlənilməsi ilə bağlıdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed