Şrift:
Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər davam edir
19.11.2019 [12:00] - Gənclik
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə Uşaq Hüquqları Aylığı keçirilir. Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, bu layihə çərçivəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində, Suraxanı rayonu 118 nömrəli tam orta, Bakı-Oksford və digər məktəblərdə, həmçinin Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində, Gəncə şəhər M.C.Paşayev adına 39 saylı və Daşkəsən şəhər Nəsimi adına 1 nömrəli tam orta məktəblərdə, Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı və Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 1 saylı tam orta məktəblərdə, Qax şəhər 4 saylı və Şəki şəhər 12 saylı orta məktəblərdə, Balakən rayonu Mahamalar kəndində, Qusar şəhər 1 saylı və Quba şəhər 7 saylı tam orta məktəblərdə silsilə tədbirlər keçirilib.
Ombudsman Aparatının nümayəndələri tədbirlərdə çıxış edərək təsisatın insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Aylıq çərçivəsində silsilə tədbirlər davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed