Şrift:
14 illik fasilədən sonar Türkiyə-Gürcüstan İqtisadi Komissiyasının ilk iclası keçiriləcək
19.11.2019 [12:42] - Siyasət
Ankarada 14 illik fasilədən sonra Türkiyə-Gürcüstan Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilib ki, komissiyanın iclasında iştirak etmək məqsədi ilə nazir Natia Turnava Türkiyəyə səfər edəcək.
“Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq formatı - Birgə İqtisadi Komissiya 2005-ci ildən fəaliyyət göstərmir. Komissiya 31 oktyabrda Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın Türkiyəyə səfəri zamanı bərpa edilib. 14 illik fasilədən sonra Birgə İqtisadi Komissiyanın iclasının keçirilməsinə qərar verilib”, – deyə nazirliyin məlumatında bildirilib. Komissiyanın iclası çərçivəsində ticarət, investisiya, nəqliyyat və logistika sahələrində protokolların imzalanacağı bildirilib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed