Şrift:
Fərəc Quliyev bağça tərbiyyəçilərinin attestasiyasını təklif edib
19.11.2019 [15:04] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün- 19.11.2019 tarixində keçirilən plenar iclasında çıxış edərək, uşaq bağçaları və körpələr evlərində çalışan tərbiyyəçilərin dövlət tərəfindən attestasiyadan keçirilmələrini təklif edib.

F.Quliyevin həmin çıxışının tam mətnini təqdim edirik:

“Bu günkü iclasa təqdim olunan sənədləri o cümlədən "Uşaq hüquqları haqqında", "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlarında dəyişiklik edilməsi barədə təqdim olunan layihələri məqsədəuyğun sayıram və müsbət münasibətim olacaq. Lakin yeri gəlmişkən bir məsələni qaldırmaq istəyirəm ki, bizə həm valideynlər, həm də uşaq bağçaları və körpələr evlərindən müraciətlər və şikayətlər daxil olur ki, bağça tərbiyəçiləri attestasiyadan keçirilmir. Orta məktəb müəllimlərinin attestasiyadan keçirilməsi necə ki, müəllimlərin təhkimləşdirilməsində və tədrisin keyfiyyətinin artırılmasında nəzərəçarpacaq irəliləyişə səbəb oldu, eyni modelin baxçalar və körpələr evləri üçün də tətbiq edilməsi müraciətçilər tərəfindən məqbul sayılır.
Düzdür, cari ildə hökumət uşaq bağçalarında təlim-tərbiyənin inkişafı istiqamətində ciddi islahatlar həyata keçirdi. Lakin, tərbiyəçilərin bilik və bacarıqlarının müntəzəm yoxlanılması ilə bağlı mexanizm yoxdur. Mövcud qaydalara görə tərbiyyəçilərdə ciddi nöqsanları aşkarlayan baxça rəhbərliyinin isə tədbirlər görməklə müəllimi bağçadan uzaqlaşdırmaq səlahiyyəti yoxdur.
Ona görə də həm Milli Məclisin müvafiq komitəsini, həm də aidiyyatı hökumət qurumlarını bizə olunan müraciətlər əsasında qaldırdığım bu məsələni nəzərə almalarını xahiş edirəm.”
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed