Şrift:
Fərəc Quliyevdən şəxsi dedektiv təşəbbüsü (audio)
19.11.2019 [15:23] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün- 19.11.2019 tarixində keçirilən plenar iclasında ikinci çıxışını edib. Məhkəmə-hüquq islahatları ilə bağlı hazırlanacaq ikinci paketə şəxsi dedektiv fəaliyyəti haqqında qanunun da daxil olunmasını təklif edən deputat çıxışında bu qanunun qəbul olunmasının vacibliyini əsaslandırdı.
Partiya sədri sonda milli məclisdə təmsil olunan partiyaların nümayəndələrinin çıxışları əsasında ictimaiyyətə müraciət edərək, milli demokratik düşərgənin aparılan islahatları dəstəklədiyini bəyan edib:

F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

"Təşəkkür edirəm, Cənab sədr!
Hörmətli həmkarlarım, Prezidentin 3 aprel fərmanının icrası ilə əlaqədar hazırlanmış bu qanun layihələri təbii ki, islahatlar yolunda çox ciddi addımlardır. Mən xüsusilə Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununun adı və preambulasındakı dəyişikliklərə məhkəmə ekspertiziyasının yalnız dövlət ekspertiza idarələri tərəfindən deyil, həmçinin özəl qurumlar tərəfindən də həyata keçirilməsini nəzərdə tutulmasını mühim islahat sayıram . Hörmətli Əli müəllim çıxışında bildirdi ki, islahatlar paketi yenədə davam edəcəkdir. Ona görə mən bir təklifimlə çıxış etmək istəyirəm. Məncə şəxsi dedektiv fəaliyyəti haqqında da bir qanun qəbul oluna bilər və bu çox mütərəqqi bir addım sayılar. Hesab edirəm ki, bu qanun geniş sahəni nəzərə ala bilər. Dedektiv xidmətlərində məlumatların toplanması, sonradan prossesual qaydada sübut kimi mülki iddiaçı, cavabdeh və mülki prosesdə iştirak edən üçüncü şəxslər tərəfindən istifadə oluna bilər.
İkinci -bazarın araşdırılması, müəssisə daxilindəki və xaricindəki vəziyyətin təhlili, mümkün dəyişikliklərin proqnozu, idarəetmə qərarlarının verilməsi meyarların axtarılmasından ibarət də addımlar atıla bilər.
Üçüncü -işgüzar fəaliyyətdə marka adlarının və adlardan qanunsuz istifadəsi, haqsız rəqabət , habelə ticarətin sirrini təşkil edən bəzi məlumatların açıqlanması hallarının müəyyən edilməsi məsələsinə baxıla bilər. Bunlar göründüyü kimi çox mühim məsələlərdir.
Dördüncü -əmək və digər müqavilələr bağlanarkən ayrı-ayrı vətəndaşlar haqqında bioqrafik və digər şəxsiyyəti xarakterizə edən məlumatların dəqiqləşdirilməsi mühim bir hal kimi aydınlaşdırıla bilər.
Beşinci -itkin düşmüş vətəndaşların axtarışı .Bu xidmət vətəndaşların və təşkilatların təşəbbüsü ilə xüsusi dedektiv tərəfindən həyata keçirilə bilər.
Altıncı -vətəndaşlar və ya müəssisə, idarə, təşkilat tərəfindən itirilən əmlakın axtarışı ; Yeddinci- proses iştirakçıları iddiaçı, cavabdeh, zərərçəkən, təqsirləndirilən, cavabdeh və onların nümayəndəliyi ilə müqavilə əsasında cinayət işləri haqqında məlumatların toplanması. Bu özəl dedektiv xidməti analoji cəhətdən mülki işlər xidmətinə bənziyəcək təbii ki. Mən bu siyahını uzada bilərəm və hesab edirəm ki, hüquqşünaslar bu məsələyə daha ciddi şəkildə baxa bilərlər və mən Əli müəllimdən xahiş edirəm ki, o qanunlar paketi hazırlananda bu məsələni də lütfən nəzərə alsınlar.
Ümumiyyətlə, Oqtay müəllim, burda çıxışçılar arasında beş parlamentdə təmsil olunan müxalifət partiyası sədrləri də çıxış elədirlər, islahatlar paketinə münasibət bildirdilər. Cəmiyyətə burdan səslənmək istəyirəm ki, cəmiyyətdə gerçəkdən milli demokratik düşərgəyə aid olan, ölkənin taleyindən narahat olan ,ölkənin taleyi üçün öz məsuliyyətini hiss edən və inkişafı nəzərdə tutan ciddi qüvvələr prezidentin islahatlar paketini dəstəkləyir və mən bəyan edirəm ki, biz bundan sonra da həm bu sahədə , həm də digər sahələrdə aparılan islahatların yanındayıq və əlimizdən gələn dəstəyi də təbii ki, verəcəyik.
Təşəkkür edirəm."


TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed