Şrift:
İrandakı etirazlarda dini mədrəsə və mollaxana yandırıldı
19.11.2019 [17:45] - Xəbərlər
İran adlı ölkədəki irqçi fars rejimin zülmündən bezib etiraza qalxan əhali müxtəlif şəhərlərdə 9-dan çox mollaxana və yüzlərlə polis idarəsi, bank və dövlət müəssisəsi binasını yandırıblar. Əhvaz şəhərindəki İmam Mehdi dini təhsil mərkəzi yandırılıb. Xuzistan dini təhsil mərkəzi də bəsic qüvvələrinin qarşıdurması səbəbindən mərkəzə girə bilmədiklərini bildirib. Karacin kompusundakı “Kosar” qadın dini təhsil mərkəzinin də etirazçılar tərəfindən atəşə tutulduğu qeyd edilib. Şənbə günü isə İsfahanın “Zeynəbiyyə” mollaxanasının yandırılması ilə bağlı video yayımlanmışdı.
Qeyd edək ki, Şiraz şəhərində “Xatəm Əl-Ənbiya” dini mədrəsə və Kazerun şəhərindəki “Saliyiyye Məktəb Əl-sadeq” mədrəsəsinə də hücum edilmiş və yandırılmışdı. Tehranın qərbindəki Qüds şəhərində Mosəlla və İmam cümə ofisinə, eləcə də Sədra, Xuzistan, Yəzd şəhərlərində imam cümələrin ofisinə hücumlar olduğu bildirilir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 1399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed