Şrift:
Tehran rejimi qorxusundan “Traxtur” takımının oyununu təxirə saldı
20.11.2019 [19:13] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə benzinin qiymətinin bahalaşması ilə İbağlı Güney Azərbaycanın şəhərlərində başladılan kütləvi etiraz aksiyaları hələ də səngiməyib və buna görə də molla rejimi önləyici tədbirlər almağa davam edir.
Güney Azərbaycanın “Traxtur” futbol komandasının iki gün sonra Təbrizdə keçirəcəyi görüş ləğv olunub. Bu barədə İran Futbol Federasiyası və Liqa Təşkilatı qərar verib. Xəbər yerli məsullar tərəfindən elan olunub. “Traxtur”-“Şəhr-i Xodro” görüşünün nə zaman keçiriləcəyi elan olunmayıb.
Diktator rejimin məsulları bu qərarı görüşün keçirilməsi üçün lazımi şəraitin olmadığı ilə izah ediblər. Bu həftə keçirilməsi gözlənilən “Gül Gövhər”-“Maşınsazi”, “Pars Cənubi”-“Peykan” və “Sənət Neft”-“Sepahan” görüşləri də ləğv olunub. Bundan əvvəl super liqa yarışlarının 11-ci həftəsində “Traxtur” takımının “Şəhr-i Xodro”nu Təbrizin Səhənd stadionunda qəbul edəcəyi elan olunmuşdur. Oyun cümə gün, noyabrın 22-i Təbriz vaxtı ilə saat 15:30-da keçirilməli idi.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed