Şrift:
Ruhani din etirazçıları təhqir etdi
20.11.2019 [19:31] - Xəbərlər
İran adlı ölkənin prezidenti Həsən Ruhani bu gün keçirilən hökumət kabinetinin iclasında bir daha etirazçı xalqı “xarici qüvvələr”ə bağlayıb. O, çıxışı ərzində “xalqın xarici xüsusi xidmət orqanları və terror qrupları ilə əlaqəli olan şəxslərin planlarının baş tutmasına icazə vermədiyini” iddia edib. Ruhani xalqın “düşmən dəyirmanına su tökən” həmin “xuliqanlar”a öz planlarını həyata keçirmədiyini deyib. İclasda çıxış edən Daxili İşlər naziri də xalq etirazlarını “Amerika, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən təşkil edilmiş, mütəşəkkil və silahlı iğtişaşlar” adlandırıb. Lakin o, bununla bağlı heç bir sübut və ya sənəd təqdim etməyib.
Ruhaninin və Daxili İşlər nazirinin dediklərinin əksinə olaraq son 4 gün ərzində ölkənin demək olar ki, bütün bölgələrində insanlar benzinin bahalaşdırılması, dini diktatura, yarıtmaz hökumət, iqtisadi çətinliklər, kasıblıq və işsizlik kimi problemlərə görə nümayişlər keçiriblər. Etirazlar zamanı İran təhlükəsizlik qüvvələri öz xalqına qarşı atəş açaraq, qeyri- rəsmi mənbələrə görə, 106-dan çox insanı qətlə yetiriblər.
Digər tərəfdən, ötən gün 1-2 şəhərdə icbari formada Bəsic və digər qüvvələrin üzvlərindən ibarət, çox az sayda insanın iştirakı ilə “dini liderə dəstək” adlı aksiyalar keçirib. Görünür, Ruhani xalq deyərkən həmin şəxsləri və insanlara atəş açan təhlükəsizlik qüvvələrini nəzərdə tutur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed