Şrift:
Dünya Birliyinin Türk Dünyasına olan ehtiyacının konsepsiyası
20.11.2019 [20:37] - Köşə yazarları
Bunun müəllifi görkəmli türkoloq, etnoqraf, tarixçi, mütəfəkkir Murad Acıdır

Türk dünyasının tarixində çox önəmli ictimai, siyasi şəxissiyyətlər, fikir adamları ortaq türk düşüncəsinin, mədəni, elmi və sosial mənada bütünləşməsi yönündə onun inkişaf yollarının bütün çalarlarını zaman-zaman ortaya qoyublar. 20-ci yüzillikdə bu missiyanı İsmayıl bəy Qaspralı, Zəki Vəlidi Toğan, Ayaz İshaki, Çulpan Ata, Əlixan Bukeyxan, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağoğlu və digər böyük şəxsiyyətlər Türk Dünyasının inkişafının ortaq təməl prinsiplərini gündəmə gətiriblər. Bunun ardınca Mİrsəid Sultanqliyev və Nəriman Nərimanov həmin prosesləri inkişaf etdiriblər. Çağdaş Türk Dünyasında mövcud olan türk dövlətlərinin varlığı məhz bu fikir nəhənglərinin sayəsində başa gəlib. Qlobal səviyyədə Dünya Birliyinin Türk Dünyasına tarixin ən dərin qatlarından bu günlərimizə qədər olan mənəvi, sosial, ictimai, coğrafi mənada ehtiyacının olmasını konesptual şəkildə ortaya qoyan Murad Acı olubdur. Onun son illərdə nəşr edilən əsərlərinin hər biri bu konespsiyanın dünyəviləşməsi üçün çox ciddi açardır.

Dünya sivizasiyasında türkün rolu

Dünyada baş verən inkişaflarda şəxissiyyətlərin rolu çox böyükdür. İctimai, sosial, iqtisadi, siyasi, elmi sahələrdə o şəxslərin adı əbədi olaraq tarixdə qalır ki, onlar öz tədqiqatları, fikirləri, kəşfləri sayəsində qlobal səviyyədə proseslərin müəllifi kimi qəbul edilirlər. Dünya və cəmiyyətlər isə bu proseslərin iştirakçısına çevrilirlər. Murad Acı məhz taleyinə yazılan həyat ağacının dərin mənasında belə nadir şəxisiyyətlərdən biridir. Murad Acı “Sibir 20-ci yüzil”, “Qıpçaq çölünün yovşanı”, “Müqəddəs Georginin gizlinləri və ya Tanrının hədiyyəsi”, “Qıpçaqlar”, “Qıpçaqlar və Oğuzlar”, “Asiyalı Avropa”, Armaqeddonun ruhu”, “Avropa. Türklər və Böyük Çöl”, “Qədim Türklərin tarixi və Böyük Çöl” kimi dərin konseptual əsərlərin, yüzlərlə elmi məqalələrin müəlifidir. Bu əsərlər faktiki olaraq, 1980-ci illərin sonlarından başlayaraq Türk Dünyasının hər yerində uzun illər yasaq olunmuş türklük və insanlıq duyğularının yenidən oyanmasına böyük təkan verib. Onun hər bir əsəri uzun illər ərzində türk xalqlarının və eləcə də dünyada böyük sivilizasiya mərhələsini keçmiş xalqların etnoqrafik həyat tərzi, dövlət quruluşları haqqında araşdırmaların nəticəsində yaranıb. Dünyanın əksər xalqlarının etnoloji və kulturoloji həyat tərzinin və inkişaf mərhələrlərinin təməlində qədim və ortaçağ türklərin üstün dəyərlərinin izlərinin fəlsəfi, kosmoqonik inanc və görüşlərinin qatları açılır. Çünki, çağdaş dünyanın malik olduğu bütün inkişaf mərhələlərinin izlərinə qədim türklərin vətənləri Böyük Çöldə, Alıtay, Sibir, Monqolustan, Quzey Çin, Hindistan, Orta Asiya, Dəşti Qıpçaq, Qafqaz, Quzey Çöl (indiki Rusiya və Skandinaviya) və Avropanın hər yerində rast gəlmək mümkündür. Burada arxeoloji maddi mədəniyyət nümunələrinin, etnoqrafik sənədlərin, arxivlərin sayəsində dünyanın tarix kitablarında min illərdir gizli saxlanılan və məqsədli şəkildə hər zaman unutdurulan qatları bir-bir elmi səviyyədə üzə çıxarılıb. Murad Acının bütün əsərləri tarixin bu qaranlıq səhifələrinə günəş parlaqlığı gətirib. Bu əsərlərin sayəsində türk xalqlarının ictimai, elmi, sosial təbəqələrində bir bütünləşmə proseslərinə başlanılıbdır. Bu prosesin müəllifi isə Murad Acıdır.
Türkün bəşəriliyi

Türk sözü əslində Sibir, Altay, Monqolustan, Türkiyə, Krım, Quzey Qafqaz türklərində ərəb kəlməsi olaraq “insan” mənasında ifadə olunur. Türk öz yaranışından bəşərin ən ali canlı varlığına törek, türk-insan (adam) deyə müraciət edib. Bu kəlmənin yaşı isə uzaq minilliklərə gedib çıxır. Buna görə də hansı torpaqlara gedib çıxıbsa, orada insanlıq şərəfini uca tutaraq, digər toplumları təşkil edənləri məhv etməyib, onlara qarşı qəddar münasibət göstərməyib. Çünki, türkün insanlıq fəlsəfəsində kosmoqonik anlayışlara böyük səcdə olub. Tanrının yaratdığına və onun ruhuna qovuşan dəyərləri, mənaları uca tutub. Bu qlobal humanizmi sosial, ictimai həyat normasına çevirib. Murad Acı bütün əsərlərində bu fikir ana xətt kimi keçir. Çünki, qədim və ortaçağ türkləri bəşəri humanizmin ədalətli şəkildə inkişaf etməsini yaratdığı dövlətlərin və imperiyaların timsalında təsdiq edib. Murad Acı dünyanın gizli sandıqlarında saxlanılan antibəşəri siyasətlərin klerikal forma və məzmunlarının hədəflərini göstərərk qeyd edir ki, Tanrının bəxş etdiyi kosmoqonik inancların və görüşlərin humanizm fəlsəfəsi alqurnativ düşüncə tərzindən uzaq olan və tarixin gənclik dövrünə qədəm qoyan toplumlar uzun əsrlərdir ki, bu ali düşüncə tərzini dəyişməyə çalışırlar. Özlərinin uydurduqları “kulturoloji ehkamlarıl” dünyanın malına çevirdikləri üçün bəşər cılızlaşmaqdadır. Murad Acı tarixdə ilk dəfə olaraq bütün bunlara cavab kimi həmin əsərləri yazıbdır. Bu əsərlərdə qeyd olunan əsas ana xətt türklərin öz qədim və ortaçağ tarixlərini, mədəni inkişaf proseslərini dərindən öyrənməsinin metodologiyasını konseptual şəkildə gündəmə gətiribdir. Bu kitablarda açıq şəkildə qeyd olunur: “Türklərdən mədəniyyət və dövləti idarə etmək kimi ali prinsipləri öyrənənlər sonralar daim türkün tarixi izlərini məhv etməklə məşğul olublar. Əsil həqiqətləri gizlətməklə dünya ağalığı siyasətinin sahibi olmağa çalışıblar. Bu maraqların ardında duran güclər bəşəri olmadıqları üçün, hər zaman anti bəşəri siyasətin başında durublar. Dünyanın insanlıq şərəfinin qorunması həm də gözlənilən fəlakətlərin sonu deməkdir. Ona görə də bütün dünya türkləri Tanrının kosmoqonik inanclarına qarşı yaradılmış bütün saxta və süni fəlsəfi, klerikal cərəyanlar ifşa edilməlidir. Çünki, uydurma və təbii olmayan düşüncələr həmin siyasəti yaradanların qullarına çevrilməsi deməkdir”. Murad Acı bütün bunların sirlərini, qatlarını səbr və təmkinlə elmi anlayışını göstərir.

Tarix yenidən yazılsa....

“Mənim əsərlərimi yovşan ətrini bilməyənlər, bunun mənasına varmayanlar oxumasınlar. Kim qəlbində türk deyilsə, o, qardaşının ürəyinin meldoiyasını eşidə bilməz” ifadəsi də Murad Acıya məxsusdur. Onun sözlərinə görə mən bu kitabları yazdıqca, bütün düşmənlərim və dostlarım üzə çıxırlar. Bizim müşahidələrimizə görə Olcas Süleymanov da vaxtilə “Az i Ya”nı yazanda ona qarşı bu hücumlar təşkil olunmuşdu. Maksim Qluxovun “kazaklar rus deyil də prototürklərdirlər” konsepsiyası Rusiyanın imperiya siyasətinin 450 illik tarixinin gizlinlərinə işıq saldı. Rafael Bezertinin türk-tatar dilinin Rusiya, Ukrayna və Belorusda dövlət dili statusu alması üçün qaldırdığı iddia isə ən dərin təpkilərlər qarşılandı. Kumuk türkü Murad Acı daha irəliyə gedərək bəşəriyyətin malik olduğu bütün dəyərlərin türklərdən çalındığını isbat edib. Keçmiş sovet imperiyasının çöküşü sayəsində milyonlarla tarixi həqiqətlər üzə çıxsa da, türkə məxsus gerçəklikləri heç kim yenə də qəbul etmək istəmir. Ona görə ki, əsil böyük həqiqətlərdən qorxan güc mərkəzləri hələ də yaşayırlar. Türkün keçmişini, tarixini yenidən yazmaqla dünyanın söz sahiblərindən birinə çevrilməsi prosesləri inkişaf edə bilər. Murad bəyin əsəsrlərinin leytmotivində bu anlama üstünülük verilir. 47 milyonluq fransızın, 86 milyonluq almanın, 61 milyonluq ingilisin, 275 milyonluq ərəblərin dilləri bu gün dünyanın ən işlək dil qruplarına necə daxil edilib ki, 350 milyonluq türk dilinin isə qlobal masştabda unutdurulması siyasəti aparılır. Türkün tarixinin yenidıən yazılması, Murad Acı kimi fikir adamlarının hazırladıqları milli bütünlük doktrinasının sayəsində bizlər dünya düzəninin qurulmasında, inkişaf etdirilməsi proseslərində ən ədalətli güc kimi mövqelərə malik ola bilərik.

Tarixi həqiqətlər təhrif olunmamalıdır

Bu sətirlərin müəllifi dahi Azərbaycan şairi Səməd Vurğundur. Türkə məxsus tarixi həqiqətlər ortaya çıxan kimi, dərhal bu yöndə “antitürk tezisi” gündəmə gətirilir. Qafqazda bunu duymaq o qədər də çətin deyil. Halbuki, Qafqazda yaşayan bütün xalqların etnik və kulturoloji qatlarında türk mədəniyyətinin izləri çox dərindir. Bu gün özünü “sakartvelos” adı ilə tanıtdırmağa çalışan gürcülər bütün dünyada türkün vaxtilə ona vermiş olduğu “gürcü” adı ilə tanınır. Eləcə də erməni (hay), çeçen (noxçi), çərkəz (adıq), avar (maarulal) və s. xalqları örnək göstərmək olar. Təbii olaraq, Qafqazın Rusiya tərəfindən işğalına qədər mövcud olan dövlətlərin, mədəni hakimiyyətin ünsürünü bir həqiqət olaraq gündəmə gətirdikdə bütün bunların mahiyyəti dərhal çılpaqlığı ilə üzə çıxır. Dünyanın tarix elmini yenidən araşdıran Murad Acı türkün həqiqətlərini ortaya çıxardıqca ona qarşı əssasız hücumlar da artmasğa başlayıb. Bu hücumlarda “həqiqəti danışanın dilini kəsmək lazımdır” strategiyasına üstünlük verilməsinin isə çox qaranlıq mətləbləri var. Burada xüsusilə erməni apostol kilsəsinə bağlı olan cəsus şəbəkələrinin izləri və gizlinləri çox aydın görünür. 1828-ci ildən qurulan bu şəbəkə uzun müddət rusların, indi də qərblilərin maraqlarına uyğun olaraq Qafqazda türkü inkar siyasətinin bütün çalarlarını ortaya qoyublar. Çox acınacaqlı hal odur ki, Azərbaycan mətbuatında bəlli siyasətə dayaq olan, özlərinin komprador maraqlarından çıxış edənlər erməni kilsəsinin toruna düşürlər. Hətta Murad Acının və onun əsərlərinin mənasız, heç bir elmi mənbəyə söykənməyən iddialı məruzələrlər və məqalələrlə çıxış edirlər. Bu muzdlu “mirzələr” türkün şanlı və qüdrətli tarixinə kölgə salmaqla sanki cəmiyyətin qəflət yuxusunda yatmaq siyasətinin davam edəcəyinə ümid edirlər. Qədim türk məsəlində deyildiyi kimi :Ox yayından çıxıb. Murad Acının hər bir əsəri, tədqiqatı qədimliyimizi, keçmişimizi üzə çıxarmaqla bərabər, sabahımızın dərin strategiyasına uzanmış böyük hədəflərin başlanğıcıdır. Çünki onun əsərlərində milli təməl prinsiplərinə söykənən yeni doktrina var. Bu hər bir türkün öz gücünə inamı, mədəni və bəşəri həqiqətlərin təsdiqi deməkdir.

Ənvər BÖRÜSOY

Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed