Şrift:
Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib
21.11.2019 [09:21] - Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğluya həsr olunan “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adlı ədəbi-bədii gecə keçirilib.
Kompozisiyada V.Səmədoğlunun “Öküz yolu” pritçasından, “Sevgilim, mən öləndə...”, “Yatmaq istəyirəm...”, “İçimə məhəbbət yazır...”, “Əlimi uzatdım...”, “Ömrün gecəsi gələndə...”, “Şair kimi yox, şeir kimi ölmək istəyirəm...” və digər şeirlərindən istifadə olunub. Bədii kompozisiyada Teatr sənəti fakültəsinin tələbələri çıxış ediblər.
Tədbirdə, həmçinin Musiqi sənəti fakültəsinin tələbələri V.Səmədoğlunun sözlərinə bəstələnmiş “Uzaq yaşıl ada”, “Sən gələndə”, “Qız əlləri”, “Kimsən sən?”, “Çiçək yağışı”, “Bir axşam taksidən düşüb payıza” (bəstəkar Emin Sabitoğlu), “Bəlkə də” və “Dön, geri dön” mahnılarını səsləndiriblər.


DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed