Şrift:
Uşu üzrə Azərbaycanı 15 idmançı təmsil edəcək
21.11.2019 [09:36] - İdman
Noyabrın 26-dan dekabrın 1-dək Türkiyənin paytaxtı Ankarada uşu üzrə beynəlxalq İpək Yolu açıq Avrasiya turniri keçiriləcək. Turnirdə ölkəmizi yeniyetmə, gənclər, böyüklər və qadınlardan ibarət 15 nəfərlik komanda təmsil edəcək.
Qeyd edək ki, beynəlxalq yarışda ölkəmizdən başqa, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 600-ə yaxın idmançı qüvvəsini sınayacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed