Şrift:
MTN-in iki əməkdaşını maşın vurdu: 1 ölü, 1 yaralı
10.09.2012 [11:24] - Hadisə
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı piyada qismində minik avtomobili tərəfindən vurulub, nəticədə biri ölüb, biri ağır xəsarət alıb.



Səbail rayon prokurorluğundan bazar ertəsi Trend-ə bildirilib ki, şənbə günü saat 12:40 radələrində MTN-in inzibati binası qarşısında 1957-ci il təvəllüdlü Elyar Bəşir oğlu Hüseynov idarə etdiyi 90 XL 633 dövlət nömrə nişanlı "Toyota-Prado" markalı avtomobillə MTN-in əməkdaşları olan 1984-cü il təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü Kəmalə Əhliman qızı Cavadovanı vurub.


Nəticədə Nəsirova aldığı xəsarətlərdən yerindəcə ölüb, Cavadova isə ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 1683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed