Şrift:
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşlər keçirilib
21.11.2019 [10:54] - Hərb
NATO-nun Müdafiə Təhsilinin Genişlənməsi Proqramı (DEEP) çərçivəsində Bolqarıstan Hərbi Dəniz Akademiyasının ekspertləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri məktəbdə keçirilən işçi görüşlərdə iştirak ediblər. Görüşlər zamanı hərbi təhsil sisteminin inkişafı, eləcə də əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə edilib, bu sahədə qazanılmış təcrübə üzrə qarşılıqlı brifinqlər təqdim olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed