Şrift:
Yeniyetmə qılıncoynadanlarımız İranda iki qızıl və bir gümüş medal qazanıblar
22.11.2019 [09:41] - İdman
Yeniyetmə qılıncoynadanlarımız İranın İsfahan şəhərində keçirilən Rouzbeh Sarhangpourun xatirəsinə həsr olunmuş açıq turnirdə iştirak edib. Turnirdə Azərbaycan, İran və İraqı təmsil edən şpaqa və rapira üzrə 53 idmançı iştirak edib. 2008-2010 təvəllüdlü qılıncoynadanlar arasında keçirilən yarışda şpaqaçımız Yəhya Məmmədov qızıl medal qazanıb.
Qrup mərhələsini 6 qələbə ilə başa vuran Y.Məmmədov finala gedən yolda bütün rəqiblərinə qalib gəlib. Şpaqaçımız finalda qrup mərhələsində 4 qələbə qazanaraq “pley off” görüşlərini qalib bitirən digər təmsilçimiz Oqtay Mirzəyevlə qarşılaşıb. O.Mirzəyevə 10:3 hesabı ilə qalib gələn Yəhya Məmmədov turnirin qalibi adını qazanıb. O.Mirzəyev yarışın gümüş medalına layiq görülüb. Rapiraçıların yarışında Daniel Vestakovas turnirin qalibi olub. Təmsilçimiz finalda turnirin yarımfinalına kimi irəliləməyi bacaran İsmayıl Ələkbərzadəni məğlub edən iranlı Fərhad Abbasini 10:5 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed