Şrift:
Cüdo üzrə Bakı şəhər açıq çempionatının qalibləri müəyyənləşib
25.11.2019 [09:19] - İdman
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzinin arenasında Bakı şəhər açıq çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 2 gün davam edən yarışda Qasım Vəlizadə (60 kq), Murad Heydərli (66 kq), Elcan Şəfiyev (73 kq), Kərim Məmmədov (81 kq), İbrahim Ağakişiyev (90 kq), Natiq Bəşirov (100 kq) və Hüseyn Məmmədov (+100 kq) kişilər arasında birinci yeri tutublar.
Qadınların mübarizəsində isə Şəfəq Həmidova (48 kq), Səbinə Qədirova (52 kq), Gülcahan Hacıyeva (57 kq), Günel Bağırzadə (63 kq), Aidə Baxışova (70 kq), Nərmin Əmirli (78 kq) və Rəvanə Kərimova (+78 kq) qalib olublar. Medallar uğrunda 27 klubdan 235 cüdoçu mübarizə aparıb. Şəhər çempionatında fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıblar. Medalçılar Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed