Şrift:
Karate üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub
26.11.2019 [10:49] - İdman
Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında karate üzrə 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatına yekun vurulub.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyük idmançı mübarizə aparıb. Ümumi nəticəyə görə 18 qızıl, 14 gümüş və 15 bürünc medal qazanan “Qara Qaplan” klubunun yetirmələri komanda hesabında birinci yeri tutublar. Mərkəzi Karate Məktəbinin yetirmələri 16 qızıl, 10 gümüş və bir o qədər də bürünc medalla ikinci, 5 qızıl, 9 gümüş və 5 bürünc mükafat qazanan Təhsil Respublika İdman Məktəbinin karateçiləri üçüncü yeri tutublar. Yaxşı nəticə göstərən klublar arasında Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyəti və "Arpaçay" klubunun idmançıları da ilk beşlikdə yer alıblar. Respublika çempionatının mükafatçıları ayrı-ayrı yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunaraq gələn il keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed