Şrift:
“İşıq”dan xəbər var...
10.09.2012 [12:14] - Mədəniyyət
Gənc şair Hafiz Hacxalılın sayca beşinci kitabı çapdan çıxıb.

Kitabda şairin vətənə, torpağa, doğulub boya-başa çatdığı, 1988-ci il hadisələrindən sonra qoynundan uzaq düşdüyü ata ocağına həsr etdiyi və hal-hazırda xidmət etdiyi daxili işlər orqanlarından bəhs edən yazılar yer alıb.
Kitab Azərbaycanı məhv olmaq təhlükəsindən qoruyan, onu müstəqil bir dövlət kimi dünyaya tanıdan ümummilli liderimiz Heydər Əliyevin, cinayətkarlıqla mübarizə aparan, Qarabağ döyüşlərində yaralanmış, sağlamlığını itirmiş və qəhrəmancasına şəhid olmuş Azərbaycan Polisinin əziz xatirəsinə həsr olunub.
Xatırladaq ki, DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı olan Hafiz Təmirov gənc yazar kimi Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Dövri mətbuatda tarixi torpaqlarımıza, dövləçiliyimizə, qısa zamanda keçdiyimiz tarixi inkişaf yoluna, milli -mənəvi dəyərlərimizə həsr olunmuş yazılarla, şeir və hekayələrlə çıxış edir. Yaşadığı Nərimanov rayonunun ən fəal gənclərindən biri, iki oğul atasıdır.
Bu xəbər oxucular tərəfindən 1291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed