Şrift:
“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert
26.11.2019 [12:32] - Gənclik
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı konsert proqramı təqdim edilib.
Konsert “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşıb. Gecədə dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Bir-birindən parlaq və rəngarəng kompozisiyaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadənin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən tədbirlər gənc nəslin dünyagörüşünün formalaşmasında, Azərbaycan və dünya musiqisinin təbliğində əvəzolunmaz rol oynayır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed