Şrift:
Vəfa Mustafayev: Azərbaycanın gənc istedadları ilə fəxr etməliyik
27.11.2019 [06:44] - Gənclik
Azərbaycan Bəstəkarlar İttifaqının tərəfdaşlığı və D. Şostakoviç İctimai Birliyinin birgə təşkilatçılığı ilə möhtəşəm konsert proqramı təşkil olunub. Bu sözləri Parisdə fəaliyyət göstərən “Dimitri Şostakoviç” adına müasir musiqi mərkəzində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertdən sonra UNESKO-nun elm sahəsi üzrə məsləhətçisi Vəfa Mustafayev bildirib.
“D. Şostakoviç və Q. Qarayevin musiqi davamçılarının ifası həmişə özəl xüsusiyyətləri ilə fərqlənir. Bu konsertdə də bu iki dahi bəstəkarın musiqilərini dinlədik. Orijinal musiqi, möhtəşəm ifalar. Həqiqətən də, çox gözəl konsert oldu. Konsertin təşkilatçısı Firəngiz Əlizadəyə təşəkkür edirik. Onun ifası əsrarəngiz idi”,-deyə hələ V. Mustafayev bildirib. Qeyd edib ki, ölkəmizin belə gənc istedadlarla təmsil olunması qürurvericidir və belə gənc istedadlarla fəxr etməliyik.
“Gənc ifaçılar Vurğun Vəkilov (piano), Səidə Tağızadə (piano) və Ümidə Abbasova (skripka) Qara Qarayev və Firəngiz Əlizadə kimi bəstəkarlarımızın əsərlərini çox məharətlə ifa etdilər. Bu fürsətdən istifadə edib Vurğun Vəkilovun piano müəllimi Paris-Alfred-Cortot ali musiqi məktəbində çalışan Azərbaycan əsilli Rena Şereşevskaya təşəkkür edirəm”, -deyə V. Mustafayev vurğulayıb. O, bütün sahələrdə Azərbaycanın həmişə yüksək səviyyədə təmsil olunduğunu diqqətə çatdırıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed