Şrift:
“Urmiya gölü Müdafiə Komitəsi” həyəcan təbili çaldı
25.10.2011 [14:13] - Gənclik, Güney Azərbaycan-Təbriz
Azərbaycan Təhlükədə !!!


Tarixə nəzər salaq: 1828-ci il fevralın 10-da I Nikolay(Rusiya) ilə Fətəli Şah Qacar (İran) arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla şimal və cənub hissələrinə bölündü...

Bugünkü reallıq:

Hal-hazırda Azərbaycanlılara (Azərbaycan türklərinə) qarşı irqçilik, zülm və ayrıseçkilik siyasətini yeridən İran hakimiyyəti 40 milyona yaxın Azərbaycanlı soydaşımıza qarşı əsl soyqırım aparmaqdadır. İran hakimiyyəti Urmiya gölünü məqsədli şəkildə qurutmaqla regionda ekoloji fəlakət yaratmaq istəyir. Bu, həyata keçərsə azından 14 milyon cənublu soydaşımızın öz yurd-yuvasını tərk etməli olacaq. Üstəlik Urmiya gölünün quruması ilə yaranacaq ekoloji fəlakət müstəqil Azərbaycanın ərazisini də əhatə edəcəkdir. Dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölü quruyacağı halda gölün dibinə çökmüş duz kütləsi küləklər vasitəsilə havaya sovrulacaq və duzlu yağışların yağmasına səbəb olacaqdır. Bu da təkcə Urmiya ətrafına deyil, həm də regiona, hətta Naxçıvan və müstəqil Azərbaycanın digər yerlərində təsərrüfatın məhvinə gətirib çıxarmaqla yanaşı, insanların həyatını iflic vəziyətinə salacaqdır. Məqsədli şəkildə Cənubi Azərbaycan türklərinin öz torpaqlarından çıxarılmasına və kürdlərin, ermənilərin bu torpaqlarda yerləşdirilməsinə şərait yaradan bu siyasət Azərbaycan türklərinə qarşı farsların yeni formada müharibəsidir. Həmçinin, fars işğalında olan cənubi Azərbaycanlılara qarşı hazırlanan bu soyqırım və soydaşlarımızın öz torpaqlarından qovulması nəticəsində müstəqil Azərbaycana da milyonlarla soydaşlarımız qaçqın kimi gəlməli olacaqdır ki, bu da yaşadığımız müstəqil Azərbaycanda yeni böhranın yaranması ilə nəticələnəcək. Biz- Şimali Azərbaycanlılar bu vəziyyətə biganə qalacağımız halda daha yeni gələcək faciələri qarşılamalı olacağıq. Yaranacaq fəlakətlə bağlı Cənubi Azərbaycanda Urmiya gölünün qurudulmasına qarşı başlamış etirazlar həm də Bütöv Azərbaycan uğrunda aparılan milli və müqəddəs mübarizədir. Bu mübarizədə millətimizin minlərlə mərd oğul və qızı həbs olunaraq işgəncələrə məruz qalsalar, şəhid olsalar belə Azərbaycanın bütövlüyü və Cənubi Azərbaycanın azadlığı uğrunda mübarizələrindən əl çəkmirlər. Biz - Şimali Azərbaycanlılar cənubdakı soldaşlarımızın apardığı mübarizəyə dəstək olmalı və Cənubi Azərbaycandakı bu ağır vəziyyətlə bağlı bacardığımız qədər çox soydaşımızı məlumatlandırmalıyıq.
Və ən sonda hər bir Azərbaycanlı bu müqəddəs mübarizəyə hazır olmalıdır. “Nəyimə lazımdır bu mübarizə?” deyən insanlar da tapılacaq. Amma bu insanlar anlamalıdırlar ki, bu mübarizədən onlar da yan keçməyəcək. Millətimizə qarşı aparılan düşmən siyasətini belələri bu gün şəxsi həyatında hiss etməsələr də, sabah özlərinin və yaxud övladlarının qapısında görəcəklər. O üzdən tək çıxış yolu hamılıqla bu mübarizəyə qoşulmaq və bacardığımız qədər çox insanı cənubdakı vəziyyət haqda məlumatlandırmaq, agah etməkdir.
Cənubi Azərbaycana və orada yaşayan 40 milyona yaxın soydaşımıza hamımız birlikdə dəstək olmalıyıq!
Tarixən bütün torpaqlarımızı itirə-itirə indiki günə gəlib çıxmışıq. Qarabağ, İrəvan, Təbriz, Dərbənd, Borçalı - heç biri bizdə deyil... Bunun tək səbəbi də milli birliyin, milli ruhun tarixən olmamasındadır. Birləşib - bir yumruq olub, soydaşlarımıza sahib çıxıb, işğalda olan bütün Türk-Oğuz torpaqlarımızı qaytarmağın vaxtı gəlib çatıb!
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed