Şrift:
Azərşəhrin bələdiyyə başqanı tutuqlandı
27.11.2019 [11:50] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Azərşəhr (Tufarqan) şəhərinin bələdiyyə başçısı fırıldaqçılıq və yeyinti ittihamı ilə saxlanılıb. Mətbuatın yaydığı məlumata görə, Məhəmmədrza İmani daha bir Azərşəhr sakini ilə birlikdə noyabrın 25-də tutulub. Bildirilir ki, bələdiyə başçısı “başqalarının əmlakını mənimsəmək məqsədi ilə fırıldaqçılıq etmək”də şübhəli bilinir. Fırıldaqçılıq işində Azərşəhr Şəhər Şurasının iki üzvünün də əli olduğu bildirilir. Azərşəhr Şəhər İcra Hakimiyyətinin başçısı Yədulla Allahyari xəbəri təsdiq edərək bildirib ki, dosye ilə bağlı əlavə məlumat almaq istəyənlər Ədliyyə İdarəsinə müraciət etməlidir.
Qeyd edək ki, İran adlı ölkədə bələdiyyə başçısı Şəhər Şurası tərəfindən təyin olunur və bu iki orqan bir-biri ilə əlaqədar şəkildə fəaliyyət göstərir. Həmin orqanlarda yeyinti, rüşvətxorluq və fırıldaqçılıq faktlarına Güney Azərbaycanın Təbriz, Marağa, Mərənd, Parsabad, Həmədan, eləcə də İranın bir çox şəhərində dəfələrlə rast gəlinib. “Beynəlxalq Şəffaflıq” Təşkilatının 2018-ci ildə açıqladığı hesabata əsasən İran dünya üzrə korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlər sırasındadır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed