Şrift:
Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri elan olunub
28.11.2019 [09:58] - İdman
Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının təşkil etdiyi gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kubokunun nəticələri elan olunub. Federasiyadan verilən məlumata görə, şəxsi-komanda xarakteri daşıyan turnirə Azərbaycanın müxtəlif regionlarından idmançılar qoşulublar. 2002-2004 yaş qrupu arasında baş tutan Komanda yarışlarının qalibləri:

Qızlar arasında : 1-ci yer –“Şəki”, 2-ci yeri “Təhsil”, 3-cü yeri isə “Şabran” komandası əldə edib.
Oğlanlar arasında isə: 1-ci yer –“Təhsil 1”, 2-ci yeri “Təhsil 2”, 3-cü yeri isə “Şabran” komandası qazanıb.

Həmin yaş qrupunun Şəxsi yarışlarında isə:
Qızlar arasında : 1-ci yer – Abdulhəmidova Ləman, 2-ci yeri Mikayılova Zemfira, 3-cü yeri isə Haşımova Aliyə əldə edib.
Oğlanlar arasında isə: 1-ci yer – Ansari İbrahim, 2-ci yeri - Pənahov Kənan, 3-cü yeri isə Məmmədov Nihad qazanıb.

2005 və daha kiçik yaş qrupu arasında baş tutan Komanda yarışlarının qalibləri:

Qızlar arasında : 1-ci yer –“ Sumqayıt 2”, 2-ci yeri “Sumqayıt 1”, 3-cü yeri isə “Sumqayıt 3” komandası əldə edib.
Oğlanlar arasında isə: 1-ci yer –“ Təhsil 1”, 2-ci yeri “Sumqayıt 1”, 3-cü yeri isə “Təhsil 2” komandası qazanıb.

Həmin yaş qrupunun Şəxsi yarışlarında:
Qızlar arasında : 1-ci yer – Aslanova Arzu, 2-ci yeri - Nurmətova Mərziyyə, 3-cü yeri isə Dadaşova Mehriban əldə edib.
Oğlanlar arasında isə: 1-ci yer – Məmmədov Emin, 2-ci yeri - Əhmədzadə Adil, 3-cü yeri isə Eylazov Hüseyn qazanıb.

Qeyd edək ki, 24 komandanın iştirak etdiyi yarışa 100-ə yaxın idmançı qatılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed