Şrift:
Aqil Acalov: “Prezidentin son qərarları ölkə gəncliyinə milli ruh verib”
10.09.2012 [14:20] - Gənclik
Azərbaycan gəncliyi prezidenti İlham Əliyevin son günlər atdığı qərarları dəstəkləyir və bu qərarlar ölkə gəncliyinə milli ruh verməklə yanaşı, dövlətçiliyimizin ətrafında sıx birləşməsinə gücləndirir.

Bu sözləri Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin vitse-prezidenti, Azərbaycan-Gürcüstan Gənclərinin Həmrəyliyi Assosiasiyanın sədri, ölkənin fəal ictimai gənclərindən olan Aqil Acalov Azərbaycan prezidenti İlham Əliyevin son günlər ümummilli məsələlərlə əlaqədar atdığı addımları şərh edərkən bildirib.

“Üstəlik, ölkə başcısının bu qərarları gənclərin üzərinə xüsusi missiya qoyur. Bu missiya gənclərimizin dövlətçilik ətrafında daha da sıx birləşməsi və ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunmasını təşkil edir. Və Ramil Səfərovun əfv olunması və s. qərarlar ölkədə gənclərimizin milli vətənpərvərlik hissinin artmasında səbəb olub.
Gənclərimizin siyasi-ictimai və sosial fəallığı, ölkə başcısının ətrafında sıx birləşməsi, yalnız dövlətçiliyimizi gücləndirir. Əsasən də bu gün Azərbaycan gəncliyi beynəlxalq arenada, elmi konfranslarda və s. tədbirlərdə erməni yalanlarının susdurulmasında və onların təbliğatının alt-üst olunmasında mühüm rol oynayırlar. Artıq, bu gün əminliklə demək olar ki, ölkənin elmlə silahlanmış gənclik ordusu var. Biz hələ bundan sonra da Azərbaycan gəncliyinin daha çox uğurlarını eşidəcəyik”,-deyə Aqil Acalov qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed