Şrift:
İran adlı ölkədə bütün insanlar təqib olunacaq
28.11.2019 [11:54] - Güney Azərbaycan xəbərləri
Bu barədə özünü “İslam İnqilabı”nın ali dini lideri elan etmiş ayətullah Seyidəli Xamneyi terrorçu bəsici təşkilatına xüsusi göstəriş verib. Seyidəli Xamneyi bir qrup terrorçu bəsic komandanı və üzvü ilə görüşdə terrorçu bəsici xalqı güdməyə göstəriş verdiyini elan edib. O, ölkədə baş verən son etirazları “dərin, geniş və çox təhlükəli məkrli plan” adlandırıb.
Xamneyi polis, bəsic və sepah terror təşkilatını etirazların yatırılmasında göstərdikləri “xidmətlərə” görə öyüb və işverən, eləcə də terrorçu bəsicin “dünyada ən böyük mədəni, ictimai və hərbi təşkilat” olduğunu iddia edib. O, bəsic üzvlərini bütün məhəllələrdə yerləşməyə və həmin məhəllələrdə baş verən müxtəlif hadisələr qarşısında “strategiya və taktika” formalaşdırmağa çağırıb.
Xamneyi deyib: “Bəsicilər məscidlərlə əlaqələrini möhkəmləndirsinlər, administrativ işlərin əsirinə çevrilməsinlər”.
Qeyd edək ki, irqçi fars rejim terrorçu bəsic və sepah üzvlərinin dinc əhaliyə qarşı terror törədib, onları öldürməklə xalq etirazlarını yatırıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed