Şrift:
Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları
29.11.2019 [09:16] - Sağlıq
Böyrəklər hormon istehsalı və qanın kimyəvi tarazlığına görə, cavabdehlik daşıyan əsas orqandır. Orqanizmin çirklənməsi zamanı böyrəklərdə selik, qum və daşlar yaranır. Böyrəkləri təbii müalicə üsulları ilə təmizləyən reseptlərlə tanış edirik:

Limon suyu
İnqrediyentlər:
- 2 yemək qaşığı zeytun yağı
- 4 yemək qaşığı limon suyu
- 2 stəkan su
- 1 yemək qaşığı alma sirkəsi
Hazırlanması:
Zeytun yağı ilə limon suyunu qarışdırıb için. Yarım saat sonra isə qalan limon suyunu və alma sirkəsini qarışdırıb için. Bu qarışıq böyrək daşının yaratdığı simptomların təsirini azaldaraq böyrək daşını əridir. Qarışığı xəstəliyə təsir edənə müəyyən fasilələrlə tətbiq etməlisiniz.

Cəfəri çayı
İnqrediyentlər:
- 1 dəstə cəfəri
- 1 xörək qaşığı bal
- 4 xörək qaşığı su
Hazırlanması:
Qaynanmış suya cəfərini əlavə edib dəmlənməsini gözləyin. 25 dəqiqədən sonra içinə bal əlavə edib qarışdırın. Çayı şüşə butulkaya tökün və 3 gün ərzində qəbul edin.

Gicitkən çayı
İnqrediyentlər:
- 1 xörək qaşığı gicitkən otu
- 2 stəkan su
Hazırlanması:
Qaynanmış suya 1 xörək qaşığı gicitkən otu əlavə edin. Böyrək iltihabına yaxşı təsir edən bu qarışığı səhər və axşamlar bir stəkan olmaqla için.

Gülxətmi çiçəyi çayı
İnqrediyentlər:
- 2 xörək qaşığı gülxətmi çiçəyi kökü və yarpaqları
- 2 stəkan su
Hazırlanması:
Qaynanmış suya gülxətmi çiçəyinin kökü və yarpaqlarını əlavə edib 10 dəqiqə dəmləyin. Təsirli olması üçün çayı 7 gün ərzində gündə 2 fincan olmaqla için.

Kərəviz suyu
İnqrediyentlər:
- 3 kərəviz sapı
- 1 stəkan su
Hazırlanması:
Kərəviz çubuqlarını təmizləyib doğrayın və su ilə birlikdə blenderdən keçirin. Suyunu süzüb ən az bir ay ərzində gündə bir stəkan için. Bu qarışıq böyrəkləri təmizləyən çox təsirli reseptdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed