Şrift:
Sel və daşqınlar nəticəsində Ərdəbil əyalətində 2 nəfər həlak olub
11.09.2012 [10:22] - Güney Azərbaycan xəbərləri
İranın Ərdəbil əyaləti Meşkinşəhr şəhərində ötən gün başlayan güclü yağışlar daşqınlara səbəb olub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.
Məlumata əsasən, sel nəticəsində 2 nəfər həlak olub, 5 nəfər yaralanıb. Sel 10-dan çox evin tamamilə dağılmasına, 200-dən çox evin, ticarət mərkəzinin və yolların su altında qalmasına səbəb olub.
Hazırda seldən ziyan görmüş bölgələrdə xilasetmə əmliyyatları davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed