Şrift:
Bakıda 22 min manatlıq bilyard masası oğurlayan şəxslər saxlanılıb
29.11.2019 [09:36] - Hadisə
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22 000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü Polis Şöbəsinə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Qafarov və R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed