Şrift:
Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş olub
29.11.2019 [10:05] - Gənclik
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində dekabrın 23-də Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilməsi ilə əlaqədar “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası məqsədi ilə bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək tədbir iştirakçılarına geniş məlumat verib. O, tədbirin birbaşa gənclərin ictimai həyatda rolunu artırmaq, ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, habelə gənclərin seçkilərdə aktiv iştirakı, vətəndaş cəmiyyətinin inkişafına töhfə verilməsi və ümumilikdə demokratiyanın inkişafına kömək göstərilməsi istiqamətində olduğunu bildirib. Masallı rayon 70 saylı Seçki Dairəsinin katibi Sərxoş Nuriyev, 71 saylı Seçki Dairəsinin üzvü Arif Mehtiyev çıxış edərək ölkəmizdə seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki Məcəlləsi, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında qısa məlumatlar veriblər.
Masallı rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev gənclərimizi qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa və öz hüquqlarından istifadə edərək layiqli üzvlərə səs verməyi tövsiyə edib. Sonra tədbirin mövzusu ilə bağlı gənclərin sualları cavablandırılıb. Yekunda bir qrup gənc seçicilərdən fəallığı ilə seçilən Ağayev Əliəfsər Rüfət oğlu Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb. Sonda tədbirdə mövzu ilə əlaqədar idarə tərəfindən hazırlanan bukletlər paylanılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed