Şrift:
Dövlət Komitəsinin nümayəndə heyəti Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzində olub
29.11.2019 [11:06] - Diaspor
Rusiyaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə gedib. Heydər Əliyev Fondunun dəstəyilə yaradılan mərkəzdə görüş zamanı nümayəndə heyətinə məlumat verilib ki, burada "Azərbaycan dili" və "Azərbaycan tarixi" fənləri tədris olunur. Tədris zamanı müxtəlif dərsliklərdən istifadə olunsa da, “Azərbaycan dilinin praktik kursu” dərsliyinə daha çox ehtiyac duyulur.
Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, rəhbərlik etdiyi qurum dərsliyin yeni formatda çap edilməsinə və mərkəzə təqdim olunmasına köməklik göstərə bilər.
Görüşün sonunda mərkəzə Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunmuş kitab hədiyyə olunub. Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyilə Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Mirzə Fətəli Axundovun və İmadəddin Nəsiminin heykəlləri ücaldılıb. 1994-cü ildə yaradılmış Atriumda dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var.

DAVAM.AZ
“Moskva Bürosu” (Rusiya Federasiyası)
Bu xəbər oxucular tərəfindən 102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed