Şrift:
Azərbaycanın yeni ombudsmanı seçilib
29.11.2019 [13:04] - Xəbərlər
Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni ombudsmanının seçilməsi ilə bağlı məsələ müzakirə olunub.
Milli Məclis sədrinin müavini, İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova bu vəzifəyə namizədlər barədə məlumat verib. Səsvermə yolu ilə Səbinə Əliyeva Azərbaycan Respublikasının yeni Ombudsmanı seçilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini vəzifəsində çalışan Səbinə Əliyeva 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan S.Əliyeva, eyni zamanda, hüquq üzrə fəlsəfə doktorudur.
Yeni Ombudsman seçilən Səbinə Əliyeva səsvermədən sonra and içib. S. Əliyeva çıxışında Prezident İlham Əliyevə təşəkkür edib: “Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənim namizədliyimi irəli sürən Prezident İlham Əliyevə və məni seçən parlament üzvlərinə minnətdaram. Ombudsman fəaliyyətinin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed