Şrift:
ATƏT səfirləri Ramil Səfərov məsələsinin müzakirəsindən imtina etdilər
11.09.2012 [13:23] - Sosial
Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin səfirlərinin parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri ilə görüşündə parlament partiyaları tərəfindən Ramil Səfərovun azad edilməsi ilə bağlı məsələ qaldırılıb.

Bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa məlumat verib. Deputat bildirib ki, səfirlərlə görüşdə Ramil Səfərov məsələsi müzakirəyə çıxarılsa da, onlar bu haqda fikir bildirməyiblər.

“Biz bugünkü görüşdə Ramil Səfərov məsələsini gündəmə gətirdik. İlk növbədə mən bu haqda danışaraq, beynəlxalq təşkilatların Ramil Səfərovun əfv edilməsi ilə bağlı nümayiş etdirdikləri qərəzli mövqeyə öz narazılığımı bildirdim. Daha sonra digər həmkarlarım da məsələyə qoşularaq, öz iradlarını bildirdilər, ATƏT nümayəndələri isə hər hansı şəkildə reaksiya vermədirlər. Daha çox susmağa çalışırdılar”, - deyə F.Mustafa bildirib.

Anar RÜSTƏMOV
Bu xəbər oxucular tərəfindən 1133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed