Şrift:
“Nizami Gəncəvi” Parkı 2020-ci ildə istifadəyə veriləcək
29.11.2019 [22:36] - Dərbənd
Uzun müddət baxımsızlıq ucbatından Dərbənd şəhərində xarabazarlığa çevrilmiş “Nizami Gəncəvi Parkı”nın yenidən əsaslı olaraq təmirdən sonra açılışı 2020-ci ildə olacaqdır. Şəhər meriyasının açıqlamasına görə açılış törəni gələn ilin oktyabr ayında baş tutacaqdır.
Qeyd edək ki, “Nizami Gəncəvi Parkı”nda şairin abidəsi bir neçə il bundan öncə şəxsiyyəti hələ də bəlli olmayan bir qrup ekstremistlər tərəfindən dağıdılmışdır. Bu olay təbii olaraq həm Dağıstanda, həm də Azərbaycanda haqlı narazılıqlara səbəb olmuşdur. Park Dərbənd şəhərinin düz mərkəzində yerləşir. Layihəyə görə əsaslı təmirdən sonra şəhər əhalisinin ən çox sevdiyi istirahət və gəzinti məkanı kimi də çox sevilir.

DAVAM.AZ
“Dərbənd Bürosu” (Dağıstan)

Bu xəbər oxucular tərəfindən 29051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed