Şrift:
Gəncə şəhərinin Kəpəz rayonunda xeyli sayda aviabomba aşkarlanıb
02.12.2019 [08:16] - Hadisə
Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonunda altı mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib və həmin yerə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli yeddi ədəd aviabomba (FAB-50PŞ) aşkarlanıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri noyabrın 29-da davam etdirilib. Nəticədə əlavə olaraq təlim məqsədli 24 aviabomba (FAB-50PŞ), aviabombanın 17 müxtəlif hissəsi aşkarlanıb. Bombalar agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Onların tapıldığı yerin ətrafında 1500 kvadratmetr əraziyə baxış keçirilib və heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed