Şrift:
Yetkinlik yaşına çatmayanlara spirti içkilər və tütün məmulatları satanlar barəsində protokollar tərtib olunub
02.12.2019 [08:35] - Sosial
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Əmircan qəsəbəsi ərazisində yerləşən 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Həmin mağazaların satıcıları Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. Bu istiqamətdə reydlər davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed