Şrift:
Şamaxıda sahibkarlarla beynəlxalq standartların təmin edilməsi yolları müzakirə edilib
02.12.2019 [08:38] - Sosial
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgələrdə sahibkarların maarifləndirilməsi sahəsində görülən ardıcıl tədbirləri davam etdirirlər. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Şamaxı rayonunda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndinin icrası ilə əlaqədar olaraq ixracatçılarla görüş keçirib.
Agentliyin şöbə müdiri Əkbər Əliyev kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması istiqamətində Strateji Yol Xəritəsində nəzərdə tutulan işlər haqqında sahibkarlara məlumat verib. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndində sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların təmin edilməsi nəzərdə tutulub. Həmin bəndə əsasən ixrac məhsullarının beynəlxalq bazarların tələblərinə uyğunlaşdırılması üçün sertifikatlaşdırma sistemi təkmilləşdiriləcək, həmçinin beynəlxalq sertifikatların alınmasında ixracatçı fermerlərə dəstək veriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed