Şrift:
Marneuli meriyası 2020-ci ildə gənclər üçün təqribən 20 layihəni maliyyələşdirməyi planlaşdırır
02.12.2019 [09:33] - Borçalı
Marneuli bələdiyyəsinin 2020-ci il büdcə layihəsinin üstünlüklərindən biri mədəniyyət, gənclər və idman sahəsi müəyyən edilib. Marneuli bələdiyyəsinin 2020-ci il büdcə layihəsinin ictimai müzakirəsində Marneuli meriyasının maliyyə-büdcə xidmətinin, büdcənin planlaşdırılması və analizi üzrə mütəxəssisi Levan Qabadzenin dediyinə görə, meriya 2020-ci ildə gənclər üçün layihələrin maliyyələşdirilməsini planlaşdırır.
“Gənclər istiqamətində büdcə planı təqribən doqquz dəfə artıb. Əgər 2019-cu ilin büdcə planında 20 000 lari nəzərdə tutulmuşdusa indiki planda 175 000 lari nəzərə alınıb və bu müxtəlif proqramlar vasitəsilə gənclərə sərf olunacaq”, - Levan Qabadze büdcənin ictimai müzakirəsini təqdim edən zaman bildirib.
Meriyanın nümayəndəsinin sözlərinə görə, Marneuli bələdiyyəsində gənc ideyalar müsabiqəsinin keçirilməsi planlaşdırılır və buna əsasən meriya təqribən 20 layihəni maliyyələşdirəcək. Hər bir layihənin orta dəyəri 3 000 larini təşkil edir. İllik isə konkret olaraq bu proqrama 60 000 lari ayrılacaq.


DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed