Şrift:
“Nəsimi tablolarda və miniatürlərdə” Daşkənd sərgisi
02.12.2019 [09:50] - Diaspor
Özbəkistanın başkəndi Daşkənddəki Foto evində böyük Azərbaycan şairi Nəsiminin 650 illiyi ilə bağlı “Nəsimi tablolarda və miniatürlərdə” adlı sərgi açılıb.
“Respublikaı Azərbaycan Milli Mədəniyyət Mərkəzi”nin (RAMMM) dəstəyi ilə düzənlənən sərginin açılışında Özbəkistanın nüfuzlu mədəniyyət və incəsənət xadimləri, rəssamlar, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər. RAMMM-nin sədri Firdovsi Hüseynov İmadəddin Nəsiminin həyatı və yaradıcılığı haqqında məlumat verib, böyük şairin əsərlərinin Özbəkistanda da çox sevildiyini bildirib. O bildirib ki, Nəsiminin Azərbaycan rəssamları tərəfindən çəkilən çoxlu rəsmi var. Bu gün sərgidə bu tabloların 40-a yaxın fotosu və miniatürlər nümayiş etdirilir.
Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin əməkdaşı Dilnur Kamilov, rəssam Zeynəb Zeynalova və başqaları Nəsiminin ölməz poeziyasından danışıblar. Daha sonra Özbəkistanda yaşayan soydaşlarımız Leyla Qulamova və Kamilə Saruxanova İmadəddin Nəsiminin şeirlərini söyləyiblər.


DAVAM.AZ
“Daşkənd Bürosu” (Özbəkstan)
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed