Şrift:
Soydaşlarımız "Xarkov - evimizdir" festivalına qatılıblar
02.12.2019 [09:57] - Diaspor
Ukraynanın Xarkov şəhərində "Xarkov - evimizdir" 13-cü şəhər milli mədəniyyətlər festivalının qala-konserti keçirilib. Mədəni təşəbbüslərin bələdiyyə mərkəzində baş tutan tədbirdə 20-dən artıq milli-mədəni birliyin yaradıcı kollektivləri iştirak ediblər. Onlar öz ölkələrinin ənənəvi rəqs və müsiqi kompozisiyalarını nümayiş etdiriblər.
Tədbirdə ölkəmizi "Aynur xatun" Azərbaycan Qadınları Cəmiyyəti və Xarkov vilayətinin "Dostluq" Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin nümayəndələri təmsil ediblər. Onlar milli geyimdə xalq rəqslərimizi təqdim ediblər. Tədbirdə çıxış edən vitse-mer Svetlana Qorbunova festival iştirakçılarına fəal həyat mövqelərinə və öz tarixi köklərini unutmamaq cəhdinə görə minnətdarlığını bildirib. O, festivalın ən fəal iştirakçılarına mükafatları təqdim edib. Mükafat alanların arasında "Aynur xatun" Azərbaycan Qadınları Cəmiyyəti və "Dost klub" Azərbaycan-Ukrayna dostluq cəmiyyətinin təmsilçiləri də olub. Qeyd edək ki, Xarkov vilayətində yüzdən artıq millətin və xalqın nümayəndələri yaşayır, 70-dən artıq milli-mədəni birlik qeydiyyatdan keçib.

DAVAM.AZ
“Kiyev Bürosu” (Ukrayna)
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed